NERİT ÇÖKÜNTÜLƏRİ

dayaz dəniz çöküntüləri. Nerit sahədə əmələ gəlir. Çaqıl daşı, əhəngli lil və qabıq əhəng daşlarından ibarətdir. N.ç. kəskin fasial dəyişkənliyi və dəniz dibindəki orqanizm qalıqlarının çoxluğu ilə xarakterizə olunur.
NEKTOBENTOS
NERİT SAHƏ
OBASTAN VİKİ
Buzlaq çöküntüləri
Dəniz çöküntüləri
Dəniz çöküntüləri - dəniz hövzələrinin dib çöküntüləri == Haqqında == Dəniz çöküntüləri termin dar çərçivədə dənizlərin, geniş mənada isə Dünya okeanının çöküntüləri üçün tətbiq edilir. Dəniz çöküntüləri müxtəlif mənşəli: terrigen (qurudan gətirilən), biogen (dəniz orqanizmləri vasitəsilə yaradılan), vulkanogen (sualtı və yerüstü vulkan tullantılarından yaranan), xemogen (kimyəvi və ya biokimyəvi yolla dəniz suyundan çökmüş) olur. Bu və ya digər kompanentin üstünlük təşkil etməsinə görə dəniz çöküntüləri terrigen, biogen, vulkanogen və hemogen tiplərə bölünür. Terrigen çöküntülər (qırıntılı, gilli) daha geniş yayılmışdır ki, onların da qranulometrik tərkibi dəniz suyunun müxtəlif tipli hərəkətlərinin (dalğa, axın) təsiri altında və dibin relyefindən asılı olaraq formalaşır. Mötədil iqlimli humid zonanın dərin dənizlərində diatom çöküntüləri yaranır, tropik zona dənizlərində isə biogen karbonattoplanma prosesi gedir (mərcan, qabıq, foraminifer və b.). Xemogen (karbonat, halogen) tipli dəniz çöküntüləri əsasən arid zonanın qitədaxili dənizlərində əmələ gəlir. Dəniz çöküntüləri adətən bu və ya digər dəniz fauna və flora qalıqları saxlayır. Dayaz şelf çöküntülərində bu qalıqlar daha çox olur, dərinlik çöküntülərində isə çox az və ya heç olmur. == Dəniz çöküntülərinin təsnifatı == Dəniz çöküntülərinin təsnifatı müasir dəniz hövzələri çöküntülərinin qrup, tip və yarım tipə bölünmə sistemi. Dəniz çöküntülərinin təsnifatı ilk dəfə Merrey və Renar (1891) təklif etmişlər.
Göl çöküntüləri
Göl çöküntüləri — qırıntı (çınqıl, qum, gil), kimyəvi və üzvi materiallardan təşkil olunmuş, göl dibində əmələ gəlmiş çöküntülər. G.c.şirin sulu (terrigen çöküntülər-sapropel, diatomit), duzlu (terrigen, kimyəvi çöküntülər soda, mirabilit, qalit və b.)və vulkanik (kraterdə) çöküntülərə ayrılır.
Nerit sahə
Nerit sahə — Dünya okeanının dayaz hissəsi. Materik dayazlığında yerləşir. Suyun güclü hərəkətliliyi, temperaturun dəyişgənliyi, günəş işığının xeyli yayılması, bitki və heyvanat aləminin müxtəlifliyi ilə səciyyələnir. Nerit sahədə əsasən, qırıntı materialları (çaqıl daşı, qabıq əhəngdaşı) toplanır. Dayaz dəniz çöküntüləri. Nerit sahədə əmələ gəlir. Çaqıl daşı, əhəngli lil və qabıq əhəng daşlarından ibarətdir. Nerit çöküntülər kəskin fasial dəyişkənliyi və dəniz dibindəki orqanizm qalıqlarının çoxluğu ilə xarakterizə olunur.
Nerit zona
Nerit zona- (yun.nerites-dəniz molyusku)- Dənizin qabarma zamanı ən hündür səviyyəsindən 200 metr dərinliyə qədər olan zonasıdır,ümumiyyətlə materik dayazlığı ilə uyğun gəlir.Nerit zona yaxşı işıqlanması,oksigen ilə zəngin olması,suyun güclü hərəkəti,bitki və heyvanlar aləminin müxtəlif olması ilə fərqlənir.
Nerit çöküntülər